9 Fevral 2020 13:07
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının ictimai nəqliyyatında daha bir yeniliyin tətbiqinə başlanılıb.

Teleqraf.com bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edir.

İlk belə məlumatlandırma bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər