Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər 1 sayli Uşaq Gənclər İdman məktəbində “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Teleqraf.com xəbər verir ki, tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Maarifləndirmə tədbirində Sumqayıt Regional Mərkəzin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşları, idman məktəbinin müəllim və şagirdləri iştirak edib.
Öncə Mərkəz əməkdaşlarının “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Elektriklə davranış qaydaları”, “112 Qaynar Telefon Xətti təhlükəsizliyimizin qarantıdır”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “Yanğın təhlükəsizliyi qaydaları” mövzularında çıxışları dinlənilib.
Sonra tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparıldı, onlara maarifləndirmə xarakterli təbliğat materialları, bukletlər paylanılıb.
İlhamə