27 Sentyabr 2014 13:54
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 26-da Qazaxda İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri”, “Marketinq” və s. mövzularda təşkil edilən treninqdə iştirakçılara kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, marketinq, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti və s. barədə geniş məlumat verilmişdir.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “www.icazeler.gov.az” və “www.b2b.az” elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin qəbulu və maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbir çərçivəsində tematik mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış və onları maraqlandıran suallar cavablandırılmışdır.


Müəllif:

Oxşar xəbərlər