5 Aprel 2020 09:25
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə koronavirusla əlaqəli 4 min domen adı alınıb, bunlardan 320-də zərərli məzmun aşkarlanıb. Fırıldaqçılar bu saytlarda vətəndaşları hədiyyə maskalar və spirt verəcəkləri adı ilə aldadırlar.

Teleqraf.com xəbər verir ki, xəstəliyin yaratdığı vahimədən yararlanan hakkerlər istifadəçiləri hədiyyə spirt və maska veriləcəyi vədi ilə aldadır, saxta proqramla yardım istəyərək istifadəçi şifrələrini oğurlayır və istifadəçi adından saxta SMS göndərirlər.

Rəqəmsal Çevrilmə Bürosu vətəndaşları fərdi məlumatların əldə edildiyi zərərli saytlardan qorunması barədə xəbərdarlıq edib.

Belə ki, "hxxp://coronavirus-apps [.]com" saytından mobil telefonlara da yayıla bilən proqram, yer məlumatlarını toplamaq, kontaktlara giriş, məlumat əldə etmək, SMS oxumaq, SMS göndərmək, zəng etmək kimi "tapşırıqları" yerinə yetirir. Digər sayt isə Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytında COVID-19 haqqında yayılan məlumatları qeyd edərək, insanların inamını qazanmağa çalışır. "CoronaVirus.apk" adlanan tətbiqi android əsaslı telefonlarından "Yer məlumatı, axtarış, kamera, WiFi dəyişdirmə" funksiyalarını da həyata keçirir.

İstifadəçilərə "Qorunmaq üçün maskadan istifadə edin. Tətbiqi yükləyin, pulsuz koronavirus maskasını qazanın " , " Komendant saatından əvvəl üzv olun, ərzaq alış-verişinizi evinizə gətirək. İlk alış-verişə spirt hədiyyədir" kimi saxta mesajları göndərilir. Türkiyə Rəqəmsal Çevrilmə Bürosu vətəndaşlardan koronavirusa qarşı maskalar, dezinfeksiyaedici maddələr və spirt kimi məhsullar təqdim edəcəklərini söyləyənlərə inanılmamasını xahiş edib: "Bu saytlara və mətn mesajlarına inanmayın. Yalnız rəsmi mənbələrdən məlumatlar alın və qaydalara riayət edin".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər