30 Sentyabr 2014 20:48
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

22-30 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilmiş Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Üzv Dövlətlərinin Assambleyasının 54-cü iclası keçirilib. Toplantıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Teleqraf.com xəbər verir ki, tədbirdə ÜƏMT-nin Baş direktorunun, ÜƏMT-nin Regional Qruplarının, həmçinin bir sıra üzv dövlətlərin çıxışları, habelə ÜƏMT-nin Nəzarət üzrə Müstəqil Məsləhətçi Komitəsinin, Proqram və Büdcə Komitəsinin, İnkişaf və Əqli Mülkiyyət üzrə Komitəsinin və digər komitələrin hesabatları dinlənilib.

ÜƏMT-nin Assambleyasının 54-cü iclası ərzində Azərbaycan nümayəndə heyəti ilə İranın nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Görüşdə cari ilin 16 iyun tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sənaye Mülkiyyəti üzrə Əlaqələndirmə Komitəsinin Bakıda təşkil olunmuş 2-ci iclasının yekunları müzakirə edilib və sənaye mülkiyyətinin mühafizəsi sahəsində qarşılıqlı əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti ilə ÜƏMT-nin baş direktoru Frensis Qarri ilə ikitərəfli görüşdə isə cənab Qarrinin cari ilin may ayında Bakıya rəsmi səfərinin yekunları müzakirə edilib. Bu səfər ərzində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasının təmin olunması məqsədilə hazırlanan və aparılan danışıqlar vasitəsilə qarşılıqlı surətdə razılaşdırılan “2014-2017-ci illər üzrə Fəaliyyət Planı” qəbul edilib.

Bu Fəaliyyət Planı əsasında nəzərdə tutulan müvafiq tədbirlərin təşkilinə dair ÜƏMT-nin müvafiq mütəxəssisləri ilə görüş keçirilib ve adiçəkilən Fəaliyyət Planı çərçivəsində 2015-ci il üçün planlaşdırılan tədbirlər dəqiqləşdirilib.

Bundan əlavə Assambleya zamanı Azərbaycan nümayəndə heyətinin ÜƏMT-nin Akademiyasının direktoru və Bitkilərin Yeni Növlərinin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın (UPOV) mütəxəssisləri ilə ikitərəfli görüşlər keçirilib və bu sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Assambleya zamanı ÜƏMT-nin İnnovasiya Strukturları sektorunun mudiri ilə də görüş olub.

İlhamə


Müəllif:

Oxşar xəbərlər