Teleqraf.com günün qoroskopunu təqdim edir.
Qoç - hisslərinizə diqqət yetirin. Hissiyatınız bu gün sizə doğru qərarı deyə bilər. Təcili, qəfil qərarlar verməyin. Yorulubsunuzsa, bir qədər dincəlin, istirahət edin, planlarınızı bir daha götür-qoy edin. Həyata baxışınız, ailə münasibətləri, uşaqların tərbiyəsi və təmaslarınızla bağlı davranışlarınızda rasionallıq artacaq.
Buğa - maliyyə məsələləri ilə bağlı bütün işlərdə sizi bu gün uğur gözləyir. Aktiv, amma ehtiyatlı olun, emosiyalarsız davranın. Sərfəli iş, gəlirli əməliyyatla bağlı hissiyatınız güclənəcək, lazımi adamları səhvsiz müəyyənləşdirəcəksiniz.
Əkizlər - gün ərzində peşəkar fəaliyyətiniz, biznesiniz, rəhbərliklə münasibətləriniz sizi düşündürəcək. Gördüyünüz işlər, çəkdiyiniz əmək və ya qəbul etdiyiniz planla bağlı fikirlər bugünkü qayğılarınız olacaq. Tərəfdaşlarınız və şəriklərinizlə münasibətlərinizdə maliyyə anlaşılmazlıqları varsa, münasibətləri aydınlaşdırmağa çalışmayın.
Xərçəng - planlarınızı valideynləriniz və ya ailənizin başqa üzvləri ilə müzakirə edin. Müzakirlərə uzaq qohumlarınız, ailə dostlarınız, yaxud da tanışlarınızı cəlb edə bilərsiniz. Evdən uzaqdasınızsa, uşaqlıq dostları və ya qohumlardan birinin yardımı yerinə düşərdi. Buna qüvvə və gücünüzü əsirgəməyin.
Şir - əgər sevdiyiniz adamda gözəl həyata istək və maraq oyanıbsa, onunla razılaşacaq, fikrindən çəkindirməyə çalışmayacaqsınız. Ailə həyatında bütün bunlar məişət, yaşam və gündəlik rahatlığın təminatı ilə bağlı xərclərin artmasına səbəb ola bilər.
İşgüzar sahədə yeni layihəyə başlamaq, yeni ofisdə çalışmaq istəyəcəksiniz.
Qız - ailə qayğıları bu gün xüsusi əhəmiyyət kəsb edəcək. Valideynlərlə təmas, doğma yerlərə baş çəkmək sizinçün əvvəlki vaxtlardan daha böyük önəm kəsb edə bilər.
Tərəzi - günün ilk yarısı aktiv fəaliyyət üçün çox uğurludur. Bu saatlarda çox yaxşı çalışaraq gəlir əldə edə bilərsiniz. İş yerində uğurlu karyeraya nail olmaq fikriniz varsa, bu gün ən əlverişli məqamlardan biridir. Ev şəraitini dəyişmək və ya sayğı ilə hörmətini artırmaq istəyənlər üçün də əlverişli vaxtdır. Sizin üçün mühüm insanlarla əhəmiyyətli məsələni müzakirə edəcəksiniz.
Əqrəb - özünüzü yaxşı formada saxlamaq ilə bağlı problemlər bu gün sizi narahat edəcək. Səhhətiniz barədə düşünməyi unutmayın. İş yerində diqqətli olun, qayğı və yardımlarınızı yoldaşlarınızdan əsirgəməyin.
Oxatan - sevdiyiniz insana özünüzü bir daha xatırlatmaq üçün əlverişli gündür. Qayğı, hədiyyə və etibarın nümayişi pis olmaz. Ailə münasibətlərində düşünülmüş addımlar atın, tələskənliyə yol verməyin. Maliyyə məsələlərində diqqətli olun, əks təqdirdə problemlər və itkilər mümkündür.
Oğlaq - böyük gəlirlərlə bağlı ümidləriniz doğrulmaya bilər və siz, hesabladığınızdan daha az pul əldə edə bilərsiniz. Bu gün ağır işdən uzaq durun, yaxşı qidalanın, həyatın adi sevinclərindən həzz almağa çalışın. Enerjiniz, durumunuz sizdən asılıdır.
Dolça - gələcək barədə düşünmək üçün sərfəli və münasib gündür. Uzaq perspektivlər barədə düşünürsünüzsə, bankda hesab açmaq və ya pul yatırmağı unutmayın. Bəhs etdiyimiz istiqamətlərdə addımlar atarkən köhnə hisslərinizə aldanmayın.
Balıqlar - imkanlardan tam istifadə etmək üçün maksimum dərəcədə diqqətli olun. Əvvəlki təmaslarınız, xüsusilə də köhnə sevginizi yenidən xatırlamaq istəsəniz, sizinçün ciddi problemlər yarana bilər. Bəzi dostlar sizi anlamaya bilərlər.
Milli.Az