25 Aprel 2020 17:18
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vəziyyətin mürəkkəbliyinin davam etməsinə baxmayaraq, yaxın günlərdə xüsusi karantin rejiminin yumşaldılmasına qərar verildi və ümid edirik ki, normallaşma davamlı olacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Nazir bildirib ki, hər şey təkcə dövlət strukturlarından, qəhrəman həkimlərimizdən yox, cəmiyyətin hər bir üzvündən asılıdır: “Yeni şəraitdə sahibkarların uğuru qaydaları başa düşüb tətbiq etməsindən asılıdır. Dövlətin sahibkarlara dəstəyi davam etdiriləcək.

Bu böhran zamanı müstəqil Azərbaycan tarixində ilk dəfə dövlət tərəfindən bu maştabda sahibkarlığa dəstək verir. Burada əsas məntiq odur ki, iqtisadiyyatın strukturu qorunsun, məşğulluğun azalmasına yol verilməsin, sosial-iqtisadi naliliyyətlər qorunub saxılanılsın, rəqabətqabiliyyətlilik qalsın.

Bununla bağlı qəbul edilən birinci paket həyata keçirilir. İkinci paketə vergi güzəştləri daxildir. Lakin qeyd etdiyim kimi hər şey vətəndaşların, sahibkarların yeni şəraitdə fəaliyyətindən asılıdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər