Bu gün saat 21:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Xaçmaz, Quba, Qusar, Xaltan, Lerik, Kişçay (Şəki), Sarıbaş (Qax), Xınalıq, Şabran, Nabranda yağış, Şahdağ və Qrızda qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şimal-qərb küləyi arabir Tərtərdə 27 m/s, Naftalanda 26 m/s, Gəncə, Neftçalada 20 m/s, Bakıda 30 m/s, Sumqayıtda 24 m/s, Maştağada 19 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürluyu 2.8 metrə çatıb.
Girdimançayda (İsmayıllı) güclü leysan yağış, dolu ilə müşahidə edilib. Yağıntının miqdarı 20 mm, dolunun diametri 2 mm olub.