29 Aprel 2020 14:20
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə xüsusi karantin rejiminin tələblərini pozan 11 nəfər həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə aprelin 27-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları xidmətlərini gücləndirilmiş rejimdə davam etdirir.

Belə ki, Gəncə şəhər Baş Polis İdarəsinin və Daxili Qoşunların əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirir. Təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.

Araşdırmalar zamanı ümumilikdə 1 015 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlardan 1 004-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər.

11 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.

Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 22 nəfəri iaşə obyektlərinin sahibləridir.

Keçirilən tədbirlər zamanı sakinlərə tibbi maska və əlcəklərdən istifadə etmələri tövsiyə olunub, olmayanlara polis əməkdaşları tərəfindən təqdim edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər