1 Oktyabr 2014 21:42
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrs” jurnalının alman dilində çap olunmuş yeddinci nömrəsində Azərbaycan mədəniyyətini özündə əks etdirən müxtəlif yazılar oxuculara təqdim edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nəşrin yeni buraxılışda Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun “Qarabağ kulinariya mədəniyyəti” mövzusuna həsr etdiyi məqalənin ikinci hissəsi dərc edilib. Məqalədə Qarabağın çox çeşidli kulinariya mədəniyyəti barəsində məlumat verilir.

Jurnalın memarlıq bölməsində almanların XIX və XX əsrin əvvəllərində Azərbaycan memarlığına verdiyi töhfələrdən bəhs edən yazı dərc olunub.
Bu nömrədə çap olunan “Azərbaycanda yəhudi həyatı” başlıqlı məqalədə isə Azərbaycanda qədimdən bəri müxtəlif xalqların sülh və əmin-amanlıq şəraitində yaşamaları qeyd edilib.
Nəşrin mədəniyyət bölməsində yer alan “Qədim Azərbaycan musiqi alətləri” başlıqlı məqalədə musiqi alətlərinin tarixi və spesifikliyi barədə məlumat verilir.

Jurnalda, həmçinin 1918-ci il martında Bakı şəhərində və Azərbaycanın digər bölgələrində daşnak-bolşevik qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs edən məqalənin ikinci hissəsi dərc edilib. Məqalədə Şamaxı şəhərinin və ona bitişik olan 10 kəndin yandırılmasından bəhs edən məlumatlar yer alıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər