20 İyul 2020 14:36
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Facebook sosial şəbəkəsində Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun adına naməlum şəxslər tərəfindən saxta səhifə açılaraq orada təhrif olunmuş yanlış məlumatlar yerləşdirilib.

Bununla əlaqədar sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırırıq ki, qeyd olunan səhifə saxtadır və oradakı paylaşımlar kimlərinsə uydurmasından başqa bir şey deyil. Məlumat üçün bildiririk ki, Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə rəsmi səhifələri mövcuddur və bundan başqa Nazirliyin ümumiyyətlə heç bir əməkdaşının sosial şəbəkələrdə səhifəsi yoxdur.

Odur ki, vətəndaşlarımızdan təxribat məqsədi ilə yaradılan belə saxta səhifələri izləməmələrini, yalnız Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifərindən istifadə etmələrini xahiş edirik.

Məlumat üçün bir daha internet istifadəçilərinin diqqətinə çatdırırıq ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq dörd ilə yaxındır fəaliyyət göstərir. Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından “Facebook”, “Instagram”, “Twitter” və “YouTube” hesablarına keçid işarələrindən istifadə edərək, yaxud aşağıdakı linklər vasitəsilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:

https://www.facebook.com/polisazerbaycan

https://www.instagram.com/polisazerbaycan/

https://twitter.com/polisazerbaycan

https://www.youtube.com/polisazerbaycan


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər