20 İyul 2020 17:10
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusda müsbət tendensiyalar müşahidə edirik. Lakin bu o demək deyil ki, koronavirusa qalib gəlmişik.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Əgər biz qaydalara riayət etməsək, yenidən yoluxma halları artacaq. Bu isə bizim yenidən sərt karantin rejiminə qayıtmağımıza səbəb olacaq. Heç kim bunu arzu etmir. Buna görə də qaydalara məsuliyyətlə yanaşmalıyıq", - deyə o söyləyib.

Şahmar Mövsümov bildirib ki, xəstə insanlar dərman qəbul edərək işə gedir: "Bu, qətiyyən yolverilməzdir. Yoluxmalar artdıqca, nəzarət əldən çıxır. Hamımızın borcudur ki, qaydalara əməl edək".


Müəllif: Aysel Azad