190 manat birdəfəlik müavinət verilən zaman qaydalar açıqlandı, torpağı, maşını olana müavinət verilməyəcəyi bildirilmişdi.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Bu gün 50 min ictimai iş yeri açılıb və təəssüf ki, 23 min nəfər bu işlərdən yararlanır. Təəsüf ki, insanlar bu ictimai işlərə müraciət etmir. Mən tövsiyə edirəm ki, gəliri olmayanlar bu işlər üçün müraciət etsinlər", - deyə o qeyd edib.