27 İyul 2020 11:59
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası ilə əlaqədar insanların qapalı mühitdə qalmaları onlarda stress, əsəb, gərginlik, panika yaranmasına səbəb olur. Karantin müddətinin uzanması isə ürək-damar sistemində problemlərə, hətta ürək tutmalarına gətirib çıxara bilər.

Bunu Teleqraf.com-a açıqlamasında həkim-terapevt Məlahət İsayeva deyib.

Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün insanlar aktiv həyat tərzi yaşamalıdırlar:

“Uzun müddət evə qapanıb qalmaq orqanizmə ziyandır. İnsanlar rayonlara gedə, dost-qohum evinə baş çəkə bilmirlər. Bütün günü evdə oturmaq ,qeyri-aktiv həyat tərzi keçirmək piylənməyə səbəb olur. Təəssüf ki, insanlar mövcud şəraitə görə qədərindən artıq şirin, yağlı qidalara, xəmir yeməklərinə, qazlı içkilərə üstünlük verirlər.

Eyni zamanda gənc nəsildən tutmuş qocalara qədər əksəriyyət tütünə, siqaretə meyillidir. Bunlar özü də stressə, əsəbə səbəb olub ürək tutmalarına gətirib çıxaracaq”.

Məlahət İsayeva bildirib ki, əlverişsiz mövcud şərait böyüklərlə yanaşı, uşaqlara da mənfi təsir edib: “Bəzən həyətdə oynayan uşaqları izləyirəm. Görürəm mübahisə edirlər, vuruşurlar. Böyük insanlar da əsəbidir. İşsizlik, gəlirlərin azalması ürək-damar sisteminə təsir edir.

Ürək-damar sistemində sıxılmalar baş verir, atreskleroz əmələ gəlir. Damar daraldıqca, insanın qan-damar sistemində durğunluq yaranır. Bu isə ürək tutmalarına səbəb olur. Ona görə də düşünürəm ki, sərt nəzarətlə bərabər karantin rejiminin yumşaldılması yaxşı olardı.

İnsanlara zorla nəyisə başa salmaq mümkün deyil. Ehtiyacı olan şəxslərə maskalar paylanmalıdır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər