Real TV-nin rəhbəri Mir Şahin Ağayev yeni film hazırlayıb.
Teleqraf.com xəbər verir ki, “Xainlər” adlanan film daxili düşmənlərə həsr olunub.
Filmdə Ələkram Hümbətovun ölkəni parçalamaq üçün yaratdığı separatçı şəbəkə və onun fəaliyyətindən bəhs edilib.
Mir Şahin bildirir ki, 1993-cü ildə Ələkram Hümbətovun başçılıq etdiyi bir qrup separatçı "Cənub mirvarisi"ni Azərbaycandan ayırmaq və bununla da ölkənin parçalanmasına yeni dalğa vermək istəyib.
“Siz heç ömrünüzdə xain görmüsünüz? Biz sizə məhz belə xainləri, vətən xainlərini göstərəcəyik. Heç bir incə nüans, sətiraltı, korrektə gözləmədən!”, - Mir Şahin anonsda qeyd edib.
Yaxın günlərdə Real TV-də nümayiş olunacaq filmin anonsunu təqdim edirik: