12 Oktyabr 2014 11:51
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə sentyabrda 600-ə yaxın, indiyədək isə 27,5 minədək müraciət daxil olub. Nazirlikdən Teleqraf.com-a bildiriblər ki, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, qurum tərəfindən göstərilən elektron xidmətlərlə bağlıdır.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır. Araşdırma tələb edilən müraciətlərə isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Məlumatda, həmçinin qeyd edilir ki, 195-2 Telefon Məlumat Mərkəzi vətəndaşların nazirliyə gəlmədən verdikləri sualların ətraflı cavablandırılması məqsədilə yaradılıb. Ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.


Müəllif:

Oxşar xəbərlər