31 Dekabr 2020 20:01
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Media Mərkəzi 2020-ci ilin yekunlarına həsr olunan “Hər şey yaxşı olacaq!” adlı təsirli videoçarx hazırlayıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, baş verən hadisələrə görə həm dünya, həm də Azərbaycan üçün “Əsrə bərabər il” sayıla biləcək 2020-ci il xalqımız üçün milli birlik, böyük Qələbənin qazanıldığı, Qarabağ həsrətinin bitdiyi il oldu.

Bu ilə öz damğasını vuran, dünyanı bürüyən pandemiya da Azərbaycandan yan keçmədi. Ölkəmiz bu gözəgörünməz düşmənlə də mübarizə apardı. Öz vətəndaşlarını virusdan, onun vura biləcəyi zərərdən maksimum qorumağa çalışdı.

2020-ci ildə biz gücümüzə, qayğıya, yardımsevərliyə, dostluğa, doğruya və ədalətə inandıq. Məhz bu inam bizi zəfərlərə aparan işıqlı yol oldu. İndi də inanırıq və əminik ki, sonda mütləq hər şey yaxşı olacaq.

Bakı Media Mərkəzi olaraq, xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran Müzəffər Ali Baş Komandanımıza və onun rəhbərlik etdiyi rəşadətli Ordumuza dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayırıq. Yeni ildə də həmrəy olaq və 2021-ci il bizə qələbələr, gözəl, sevincli günlər bəxş etsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər