Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinə İT menecer, Sistem administratoru və Mühəndis-proqramçı qəbulu elan edilir.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq edili, mahiyyətcə daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr, o cümlədən Kriminalistika və informasiya texnologiyaları idarəsi yaradılıb.
Proqramlaşdırma və funksional proqram təminatının inkişaf etdirilməsi, tətbiqi, informasiya sisteminin və texnika-informasiya infrastrukturunun təkmilləşdirilməsi və fasiləsiz işin təmin edilməsi, serverlərin idarə edilməsi, informasiya sistemlərinin və məlumat bazalarının qurulmasının təşkil edilməsi məqsədilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə İT menecer, Sistem administratoru və Mühəndis-proqramçı ixtisasları üzrə işçi tələb olunur.
IT Menecerin biliklərinə dair tələblər:
Yüksək məntiqli-analitik düşünmə bacarığı;
Sistem inzibatçılığı sahəsində 3 ildən çox iş təcrübəsi;
HP server avadanlıqları üzrə iş təcrübəsi: Blade, sinif Proliant DL (G6/G7/G8);
Storage texnologiyaları üzrə iş təcrübəsi;
Yedəklənmə texnologiyaları üzrə təcrübə: Symantec, Veeam Backup&Replication və s.;
Virtuallaşma üzrə iş təcrübəsi : VMware Vcenter, ESXi, Vsphere, Hyper-V;
Microsoft texnologiyaları üzrə iş təcrübəsi: Windows Server: 2003/2008/2012/2016;
Exchange server 2010/2013/2016, GP, WSUS, PowerShell; Active Directory,
DNS, DHCP,WDS, DFS, VPN, File Server, Print Server;
Web serverlər (FTP/FTPS servers) ilə iş təcrübəsi;
Antivirus sistemləri ilə iş təcrübəsi;
SAN (Storage Area Network) üzrə iş təcrübəsi;
Proxy və Firewall sistemləri ilə iş təcrübəsi;
Cisco Şəbəkə avadanlıqları ilə iş təcrübəsi (L3 Switch və Router-larla işləmək bacarığı);
IBM server avadanlıqları üzrə iş təcrübəsi.
Sistem administratorunun biliklərinə dair tələblər:
Server, şəbəkə avadanlıqlarının və proqram təminatlarının yüklənməsi və sazlanması;
Ethernet, IP və şəbəkə cihazlarının iş prinsipləri üzrə nəzəri və praktik biliklər;
Active Directory, Exchange mail, File, Print server üzrə dərin nəzəri və praktik biliklər;
Sistem təhlükəsizliyi üzrə biliklər;
Firewall sistemləri ilə iş təcrübəsi;
Antivirus sistemləri ilə iş təcrübəsi.
Mühəndis-proqramçının biliklərinə dair tələblər:
Məlumat bazası bilikləri: Oracle, Oracle Pl/Sql
Proqramlaşdırma bilikləri: C#
Web Texnologiyaları: HTML, CSS, JavaScript, Ajax, JQuery, Angular js (arzu olunandır)
Web Servislər: Restful, DevExpress (.Net), Versioncontrol (SVN, VisualSvn, Git /Git Hub), Reporting (FastReport, XtraReport, JasperReport), Application Servers (Glassfish, Tomcat, JBoss)
İşə qəbulla əlaqədar namizədlər CV formalarını Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
***
10:32
Azərbaycan gənclərinin cəmiyyətdə layiqli yer tutmasını, onların dövlət idarəetməsində yaxından iştirak etməsini təmin edən və respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq orqanlarında da gənc mütəxəssislərin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqələrin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 70 faizini təşkil edir.
Müsbət haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.
Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə 15.04.2020-ci il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu 01.02.2021-ci il tarixdə saat 18:00-da başa çatdırılacaqdır.
Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulduğundan tələb olunan sənədlərin fotosurətini Baş Prokurorluğun [email protected] elektron poçt ünvanına göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi və yeri barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında və sosial şəbəkələrdəki səhifələrində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az, @prokurorluq) veriləcəkdir.
Sənəd qəbulu ilə bağlı əlavə suallarınız olduğu halda 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlarla məlumat əldə edə bilərsiniz.