19 Yanvar 2021 13:21
338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq satışı obyektlərində monitorinqləri davam etdirir.

AQTA-dan Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qurumun əməkdaşları ölkə ərazisində fəaliyyət göstərən 323 ərzaq satışı obyektində monitorinqlər həyata keçirib.

Monitorinq keçirilən 214 ərzaq satışı müəssisəsində ümumilikdə 363 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər