19 Mart 2021 13:34
237
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası aparılır.

Teleqraf.com xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da COVID-19-a qarşı peyvənd olunub. Ona ikinci doza vaksin vurulub. İcra başçısı vaksin vurulduqdan 30 dəqiqə sonra özünü yaxşı hiss etdiyi üçün xəstəxanadan buraxılıb.

Xatırladaq ki, Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesinə yanvarın 21-dən başlanılıb və ilkin olaraq tibbi işçilərinin vaksinasiyası həyata keçirilib. Hazırda prosses davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər