Oxçuçayın bütün ekologiyası məhv edilib.
Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan florasının 5 mindən 2 minə yaxın növü işğal olunmuş ərazilərin payına düşür: "Qarabağ tülpanı, sağsağan gülxətmisi kimi növlər yalnız işğaldan azad olunmuş ərazilərdədir.
Təkcə 7 flora növü bu ərazilərdə yerləşir. Təhlükəsizlik tədbirləri həll olunduqca, Milli Elmlər Akademiyası ilə birlikdə yeni Qırmızı kitabın nəşri gözlənilir"