6 İyun 2021 16:49
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 715 nəfər müalicə olunaraq sağalıb, 4 941 nəfər vəfat edib. 2 881 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7794, bu günə qədər isə ümumilikdə 3 567 745 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər