"Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi sosial iqtisadi inkişaf üçün yeni mərhələdir".
Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.
"İcbari tibbi sığorta haqları üzrə 5 ayda dövlət büdcəsinə 216,8 mln manat vəsait ödənilib ki, bu da, proqnoza nisbətən 10,7% çoxdur", - deyə o, qeyd edib.