22 İyun 2021 18:51
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövründə ayrı-ayrı dövlətlərin daha böyük uğurlara imza atdığı bəllidir. Bu dövlətlər sırasında Azərbaycan xüsusi yer tutur. Dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında həm milli, həm də regional səviyyədə pandemiyaya qarşı mübarizə prosesinə ciddi töhfələr verib. Elə bunun nəticəsidir ki, ölkəmizdə koronavirusa yoluxma faizi kəskin aşağı düşüb, eyni zamanda hər gün ölkədə 30-35 min insan peyvəndlənməyə cəlb olunur. Bunun sayəsində üç milyona qədər insan artıq peyvənd olunub və yoluxma faizi kəskin şəkildə aşağı düşüb.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, yoluxma və sağalma rəqəmlərində nisbət sağalmanın xeyrinə dəyişdikdə, karantin rejiminin yumşaldılması ilə bağlı addımlar atılır: "İyul ayının 1-dən hər kəsin gözlədiyi toy mərasimləri təşkil olunacaq. Valideynlər uzun müddətdir övladlarının toy şənliyinin görmək həsrətindədirlər. Operativ Qərargah bununla bağlı qaydaları hazırlayıb. Maksimum 150 nəfərin toylara qonaq qismində cəlb edilməsinə icazə verilir.

Bu zaman koronavirus əleyhinə peyvəndləmə ilə bağlı pasportları insanlar üzərlərində daşımalı və sübut etməlidilər ki, onlar vaksinasiyada iştirak ediblər. Hesab etmək olar ki, Azərbaycan koronavirusa qarşı çox ciddi mübarizə tədbirləri həyata keçirdikdən sonra həyat öz əvvəlki axarına qayıtmağa başlayır. İnsanlar yenidən rahat nəfəs alırlar".

Millət vəkili digər ölkələrin virusla mübarizəsindən söz açıb: "Bəzi ölkələrdə, xüsusilə də qonşu Rusiya və Gürcüstanda yoluxma sayında artım qeydə alınmaqdadır. Burada əsas məsələ ilk növbədə vaksinasiyada qazanılan uğurlarla bağlıdır. Azərbaycan vaxtında bir çox şirkətlərlə müqavilə imzaladı və əhalinin peyvəndlənmə ilə təminatı prosesində bu işin öhdəsindən gələ bildi.

Bir çox ölkələr bu prosesdə yubandılar. Baxmayaraq ki, Rusiya özü vaksin istehsal edir, lakin əhalisinin çox olduğunu nəzərə alsaq, peyvəndləmə prosesi əhalinin az hissəsini əhatə edir. Bu baxımdan Azərbaycan bu istiqamətdə operativ addımlar atdı və nəticə göz qarşısındadır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər