Koronavirus pandemiyası tibbi maskaları gündəlik həyatımızın ayrılmaz aksessuarına çevirib. Təxminən iki ildir həyatımızda olan bu maskalar insan sağlamlığını qorusa da, düzgün istifadə edilmədiyi zaman ətraf mühit üçün böyük bir təhlükəyə çevrilə bilər.
Teleqraf.com xəbər verir ki, 2020-ci ildə okeanlara 1,6 milyard maska atılıb.
Aparılan araşdırmalara görə, istehsal edilən 52 milyard maskanın 3 faizi okeanların çirklənməsinə səbəb olub.
Atılan maskalar okeanlarda 5500 ton plastikin toplanması ilə nəticələnir. Bu plastiklərin bioloji olaraq parçalanmasının isə 450 il vaxt alacağı ehtimal olunur.
Dənizlərdən okeanlara qədər çatan maskalar su heyvanları və quşlar tərəfindən yeyilən polipropilendən hazırlanır. Bu o deməkdir ki, dənizə atılan hər maska sualtı həyatı təhlükəyə atır.
Dünya İqtisadi Forumu 2050-ci ilə qədər okeanlarda balıqla müqayisədə daha çox plastik toplanacağı xəbərdarlığını ediblər. Alimlər hesab edirlər ki, mövcud tendensiya davam edərsə, 2040-cı ildə dünyada quruda və dənizdə plastik tullantıların miqdarı 710 milyon tona çatacaq.