19 Sentyabr 2021 11:27
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Kəlbəcər Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Rübail Valehov vəzifəsindən azad edilib və Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, daha əvvəl Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışmış polis polkovnik-leytenantı İrza Nağıyev Gəncə Beynəlxalq Hava Limanında Xətt Polis Şöbəsinin rəisi təyin olunmuşdu.


Müəllif: Teleqraf.com