6 Noyabr 2021 10:35
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni diasporunun liderləri Los-Ancelesdə, Parisdə oturub kofe içə-içə Ermənistanı işğala səsləyir. Erməni diasporu da öz iddialarına son qoymalıdır ki, proseslər normallaşsın.

Teleqraf.com xəbər verir ki,bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə bildirib.

H.Hacıyev qeyd edib ki, münaqişədən sonra Ermənistan mina xəritələrinin yalnız 25 faizini verib:
"100 faizdən 25 faizin verilməsi çox azdır. Ermənistan diasporu Azərbaycana nifrət , revanş siyasəti yürüdür. Mənim 8 yaşım var idi, sovet pioneri idim .O günlər xatirələrindən getmir, münaqişənin nəticələrinə şahidlik etdim.

Ermənistanın siyasi rəhbərliyi Axərbaycana nifrət münasibətində idi və istəkləri torpaqlarımızı işğal etmək idi. İstəməzdik ki, hadisələr bu cür səpkidə inkişaf etsin".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər