Bəzi hallarda etiraz edirlər ki, hansısa rayon məktəblərində vakansiyalar gizlədilir. Yaxşı olar ki, hansı məktəbdə vakansiyanın gizlədilməsi barədə məlumat verilsin.
Teleqraf.com xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə belə deyib.
Onun sözlərinə görə, bu kimi problemlərin həll edilməsi üçün regional təhsil idarələri vacib rol oynayır:
"Bu gün müəllimlərin işə qəbulu vahid sistem əsasında həyata keçirilir. Amma regional idarələr özünü doğruldarsa, onların səlahiyyətləri də artacaq. Doğrudur, o idarələr hələ ki, yaradılmayıb".
Nazir bildirib ki, Qarabağ regionunda təhsil idarələrinin yaradılması Azərbaycanın şanlı zəfərinin simvoludur.