Tibbdə “vertigo” termini xəstənin özünün və ya ətrafındakı əşyaların öz ətrafında döndüyünü hiss etdiyi bir vəziyyət kimi istifadə olunur.
Teleqraf.com xəbər verir ki, vertigo özlüyündə bir xəstəlik deyil, hər hansı bir xəstəliyin əlamətidir. Vertigo vestibulyar sistemin birtərəfli olaraq zədələnməsi nəticəsində yaranır.
Başgicəllənmə ilə müraciət edən xəstələrdə çox zaman qulaqda küy, batma, zəif eşitmə, ürəkbulanma, qusma, tərləmə, avazima kimi əlamətlər də ola bilər.
Vertigonun iki kateqoriyası var:
Periferik vertigo daxili qulaqda və ya vestibulyar sinirdə yaranan problemdən qaynaqlanır. Vestibulyar sinir daxili qulağı beyinə bağlayan sinirdir.
Mərkəzi vertigo beyində, xüsusən də beyincikdə bir problem olduqda meydana gəlir. Beyincik, hərəkətlərin və tarazlığın koordinasiyasını idarə edən posterior beyindir.
Vertigo riskini artıran amillər ürək-damar xəstəlikləri, xüsusən yaşlı yetkinlərdə, daxili qulaqda balanssızlığa səbəb olan qulaq infeksiyası
baş travması, antidepresanlar və antipsixotiklər kimi dərmanlardır.