Google COVID-19 virusuna yoluxma sayı azaldıqca işçiləri üçün qoyduğu tələbləri də azaltmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, şirkət ABŞ-da ofis işçiləri üçün COVID-19 virusuna qarşı peyvənd tələbini aradan qaldırmaq qərarına gəlib.
Pandemiyadan əvvəl Google-un dünya üzrə ofislərində çalışan Google əməkdaşları qayayadırmanma, kafelər, voleybol meydançaları və açıq bufetdən istifadə kimi üstünlüklərə malik idilər. Yeni qərardan sonra şirkət işçiləri üçün köhnə imtiyazları yenidən bərpa edir.
Lakin peyvənd olunmamış işçilərdən ofisə gedərkən test və maska taxmaq tələb olunacaq.
Şirkət işçilərin həftədə cəmi bir neçə gün ofisdə olacağı hibrid modeli tətbiq etməyə hazırlaşır.
Xatırladaq ki, bir neçə ay əvvəl Google işçilərinə şirkətin koronavirusa qarşı peyvənd siyasətinə əməl etmədiyi halda maaşlarının kəsiləcəyi və işdən çıxarılacaqları barədə xəbərdarlıq etmişdi.