7 Mart 2022 18:16
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Normal ürək 4 boşluqdan - iki qulaqcıq və iki mədəcikdən ibarətdir. Sol mədəciyin pompaladığı təmiz qan orqanizmə oksigen daşıyır. Bədəndən gələn çirkli qan isə venoz damarlar vasitəsilə sağ ürəyə toplanılır və sağ mədəcik vasitəsilə ağciyərlərə pompalanaraq burada oksigenlə zəginləşir.

Teleqraf.com xəbər verir ki, təmiz və çirkli qanın bir-birinə qarışmasının qarşısını almaq üçün sağ və sol ürək boşluqları bir-birindən əzələ təbəqəsi ilə ayrılıb.

Ürək qüsürları anadangəlmə və qazanılma olmaqla iki yerə bölünür. Bu zaman ürək boşluqlarını bir-birindən ayıran çəpərdə defektlər ola bilər, qulaqcıqlarla mədəciklər arasında yerləşən qapaqlarda darlıqlar, iri damarların özlərində darlıqlar rastlana bilər. Bu patalogiyaların müalicəsi əvvələr yalnız açıq cərrahi əməliyyat yoli ilə mümkün idi. Tibb elminin inkişaf etməsi ilə əməliyyat yoluna alternativ olaraq transkateter müalicə metodu inkişaf etdirilmişdir. Əgər defektin quruluşu imkan verərsə qüsur əməliyyatsız yollarla, transkateter yolla bərpa oluna bilər. Bu metodla qasıq büküşü nahiyyəsində kiçicik bir kəsik edilərək bud arteriyasına kateter salınır və ürəyə qədər irəlilədilir. Burda qüsura ürək daxilindən müdaxilə edilir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər