"Azərbaycan mədəniyyəti üçün ən kədərli günlərdən biridir, Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov mədəniyyət və incəsənətimizin dünyada tanıdılmasında müstəsna xidmətlər göstərib".
Teleqraf.com xəbər verir ki, bunu Mədəniyyət naziri Anar Kərimov Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimində deyib.
"Rüstəm İbrahimbəyov 60 il Azərbaycan mədəniyyətinə xidmət edib. Əsərlərinə çox gözəl filmlər çəkilib ki, onlar Azərbaycan mədəniyyət səlnaməsinə qızıl hərflərlə yazılıb. Onun fəaliyyəti təkcə kino ilə məhdudlaşmayıb, həm də teatr tamaşalarına quruluş verib. Bu da onun çoxşaxəli fəaliyyətindən xəbər verir. Onun yaratdığı yeni obraz və üslublar daim Azərbaycan xalqının qəlbində yaşayacaq", - nazir qeyd edib.