“Mənim üçün şərəf hissidir ki, bu gün üzv ölkələrin Parlament Assambleyasının Üçüncü Konfransında iştirak edirəm. Mən Azərbaycan hökumətinə, xanım spikerə təşəkkür edirəm ki, iştirak üçün lazım olan bütün şəraiti yaradıblar”.
Teleqraf.com xəbər verir ki, bunu Bakıda keçirilən İƏT Parlament Assambleyasının Üçüncü Konfransında çıxışı zamanı təşkilatın baş katibi Xusrav Noziri deyib.
Baş Katib qeyd edib ki, Üçüncü Konfransın nəticələri uğurlu olacaq, bu, parlamentlərarası əlaqələrin daha da genişlənməsinə səbəb olacaq.
O əlavə edib ki, ticarətin sadələşdirilməsi, biznes fəaliyyəti həyata keçirmək üçün xərclərin azaldılması regionun ticarətini asanlaşdırmaq üçün tədbirlərin arasındadır:
“Biz eyni zamanda regional ödənişlər üzərində işləyirik ki, köçürülmələr asanlaşsın, milli valyutalardan daha çox istifadə edilsin. Güclü bağlantılar olmadan inteqrasiya mümkün deyil. Biz nəqliyyat məsələlərinə əhəmiyyət veririk. Böyük irəliləyişlər əldə edilib”.