“Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycana qarşı növbəti qərəzli çıxışını ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qəbul edir və buna öz qəti etirazımızı bildiririk”.
Teleqraf.com-un məlumatına görə, bu fikirlər Milli QHT Forumunun yaydığı bəyatda qeyd edilib. Daha sonra bəyanatda bildilir ki, Martin Şults Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək əvəzinə ölkəmiz haqda həqiqətə uyğun olmayan fikirləri ilə diqqət çəkir:
“O, Avropa Parlamentinin plenar iclasında guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında söylədiyi fikirlər ölkəmizin daxili işlərinə qarışmaq deməkdir. Konkret cinayət əməllərində, o cümlədən Vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir.
İndiyə qədər cənab Şults çıxışlarında Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. Bütün bunlar onu düşünməyə əsas verir ki, onu daha çox Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaqdır. Fikrimizcə, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan belə fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir.
Biz Azərbaycan Milli QHT Forumunun üzvü olan 648 QHT rəhbərləri M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik”.
Milli QHT Forumunun yadığı ikinci bəyanatda isə, Roma Papası I Fransiskin Türkiyə səfəri zamanı Türkiyə-Ermənistan sərhəddinin açılması ilə bağlı söylədiyi fikirlərlə bağlıdır. Bəyanatda qeyd edilir ki, bütün bəşəri dinlər və onların təmsilçiləri dünyada sülhün, əmin-amanlığın, barışın bərqərar olmasına xidmət etməlidir: “Ancaq təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq davam edən hərbi təcavüzünün nəticəsində qətlə yetirilən, dogma yerlərindən qovulan on minlərlə azərbaycanlının insanın haqlarından bir dəfə danışmağa lüzum görməyən katolik kilsəsinin rəhbəri beynəlxalq hüquq normalarını saya salmayan bir dövlətə qarşı açıq jest etməkdən çəkinmir. Papa I Fransiskin bu çağırışı ilk növbədə Türkiyənin dövlət maraqlarına ziddir. Çünki katolik kilsəsinin hazırkı və əvvəkli rəhbərləri dəfələrlə türkləri 1915-ci ildə ermənilərə qarşı “soyqırım” törətməkdə suçlayıb və bu “həqiqəti” etiraf etməyə çağırış edib. Belə mövqe dünyada ümumbəşəri dəyərlərin təbliğatçısı kimi vətəndaş cəmiyyəti inistitularının nümayəndələri olaraq bizlərdə böyük narahatlıq və təəssüf hissi doğurur”.
BƏXTİYAR