Ağalı kəndində 200 evin inşası tamamlanıb və 150 evin tikintisi planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Zəngilan rayonunun Ağalı kəndində planlaşdırılan tikililər iki-üç mərtəbəli binalar və otel olacaq.