15 Sentyabr 2022 10:39
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçiriləcək".

Teleqraf.com xəbər verir ki, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, mənzil seçimlərinin edilməsi ilə bağlı proses hüquq-mühafizə orqanlarının nəzarətindədir:

"Hər hansı bir qeyri-qanuni hərəkət müəyyən edilərsə, dərhal tədbir görüləcək. Prosesə ümumilikdə 11 bank qoşulub".

Ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər