Şəhid Amin Rasim oğlu Qəfərlinin nəşi bu gün Bakıya gətirilib.
Teleqraf.com xəbər verir ki, Amin Qəfərli axşam saatlarında II Fəxri Xiyabanda dəfn olunub.
2004-cü ildə Bakıda anadan olan Amin əslən Zəngilanın Zərnəli kəndindəndir.
Qeyd edək ki, Amin Qəfərli Erməni silahlı birləşmələrinin Ermənistan Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində şəhid olub.