26 Sentyabr 2022 16:09
272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Media Reyestrinə informasiya agentliklərinin hansı məlumatlarının daxil ediləcəyi açıqlanıb.

Teleqraf.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb.

İnformasiya agentliyinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) aşağıdakı məlumatları:

1. bu Qaydaların 7.1.1-ci yarımbəndinin 1–6-cı abzaslarında nəzərdə tutulmuş məlumatlar;

2. digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında bağladığı müqavilələr barədə məlumatlar;

3. onlar tərəfindən kütləvi informasiyanın dərc olunma və (və ya) yayımlanma üsuluna uyğun audiovizual media redaksiyası olduqda, bu Qaydaların 7.1.1-ci yarımbəndinin 7–9-cu abzasları, çap mediası redaksiyası olduqda 7.1.1-ci yarımbəndinin 7-ci və 7.1.2-ci yarımbəndinin 2-ci abzasları, onlayn media redaksiyası olduqda isə 7.1.3-cü yarımbəndinin 2-ci və 3-cü abzaslarında nəzərdə tutulmuş məlumatlar;

Jurnalistlərin aşağıdakı məlumatları:

1. jurnalistin soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;

2. verilmiş jurnalist vəsiqəsi (o cümlədən olduğu halda əvvəllər verilmiş) haqqında məlumat (nömrəsi, verilmə tarixi, etibarlılıq müddətinin bitdiyi tarix);

3. jurnalistin əmək və ya mülki hüquqi müqaviləsi, habelə əmək fəaliyyəti haqqında ümumi məlumat;

4. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i;

5. jurnalistin ali təhsili haqqında məlumat;

6. jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər