“Qarşımızda Akademiyanın nüfuzunu bərpa etmək, yenidən təşkilatlanmasını həyata keçirmək, dünya elminə inteqrasiya eləmək kimi mühüm vəzifələr durur”.
Teleqraf.com xəbər verir ki, bunu AMEA-nın yeni prezidenti seçilən İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
"Var gücümüzlə çalışacağıq ki, dövlətin dəstəyi ilə Azərbaycan elmini, elm və təhsil sahəsində inteqrasiyanı inkişaf etdirək, dünya elminin nailiyyətlərini ölkəmizə gətirək", - AMEA prezidenti bildirib.
Deputatlıq mandatına gəlincə, İsa Həbibbəyli vurğulayıb ki, hazırda bu, müzakirə mövzusu deyil.