11 Dekabr 2014 11:31
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 17 dekabr 2014-cü il tarixdə, saat 11:00-da DSMF-nin Ağcabədi rayon şöbəsinin inzibati binasında Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Beyləqan və Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Ağcabədi rayon şöbəsində (02127) 5-50-54
Tərtər rayon şöbəsində (02223) 6-34-64
Goranboy rayon şöbəsində (02224) 5-13-00
Bərdə rayon şöbəsində (02020) 5-19-09
Beyləqan rayon şöbəsində (02122) 5-29-63
Laçın rayon şöbəsində (02127) 7-84-28

Qəbulda iştirak edəcək vətəndaşların dekabrın 17-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Naibə


Müəllif:

Oxşar xəbərlər