“Azərsu”nun şifarişi ilə Şəkidə su şəbəkəsinin qurulmasına 2012-ci ildən başlanıb. 12 ildir layihənin 60 faizi həyata keçirilib”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Vüqar İsgəndərov deyib.
Deputat əlavə edib ki, su şəbəkəsinin qurulması zamanı şəhərin yolları qazılıb və pis duruma salınıb:
“Hazırda şəhərin 4 prospekti və 6 küçəsinin təcili təmirinə ehtiyac var. Amma rayon daxili imkanları hesabına bunu edə bilməz. Xahiş edirəm ki, bu məsələ dövlət proqramına salınsın. Mən bununla bağlı hökumətə də müraciət edəcəyəm”.
Vüqar İsgəndərov bildirib ki, onların araşdırmasına görə, yolların çəkilməsi ilə bağlı Şəkiyə ayrılan vəsait kiçik rayonlara ayrılan vəsaitdən belə azdır.