Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov məlumat verib.
Onun sözlərinə görə, Gültəkin Hacıbəyli Nəsimi Rayon Məhkəməsinə gətirilib və sərbəst buraxılıb:
“Ondan xüsusi ittiham qaydasında şikayət edən Leyla Arif adlı şəxsdir. Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib”.
Gültəkin Hacıbəyli ölkədə olmadığından barəsində həbsli axtarış elan edilib. Hazırda dayandırılmış icraat yenilənib və hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə məhkəmə prosesi dekabrın 8-nə təyin olunub.
Qeyd edək ki, Gültəkin Hacıbəyli ölkəyə qayıdarkən hava limanında saxlanılmışdı.