Hazırda ölkəmizdə 167 min əcnəbi yaşayır. Bunların içərisində qonşu ölkələr- Rusiya, Gürcüstan, İran, Türkiyə və Ukrayna vətəndaşları üstünlük təşkil edir.
Teleqraf.com-un məlumatına görə, bunu bu gün Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
O qeyd edib ki, Ukraynadakı hadisələrə görə hazırda ölkəmizdə 7 036 Ukrayna vətəndaşı yaşayır.
“İrandan da Azərbaycana gələnlər var. Onların dəqiq statistikası bəlli deyil. Onlar hava yolu ilə ölkəmizə daxil olurlar”, - deyə o söyləyib.