17 Fevral 2023 12:00
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərtac-ın keçmiş müxbiri Aygün Əliyeva mediada açıqlama verərək intihar edəcəyini bildirib. Mən o müxbirlə əlaqə saxladım, dedim ki, çalışacağam sənin hüquqlarını müdafiə edim”.

Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında deyib.

“Mən demişdim ki, dövlət qulluqçuları siyasi partiyanın üzvü olmamalıdır. Azərtac isə publik hüquqi şəxsdir və oranın rəhbərliyi siyasi tərəf tuta bilir. Aygün Əliyeva öz adı ilə yox, başqasının adı ilə Operativ Qərargahı tənqid edən yazı yazıb deyə araşdırıb onu işdən çıxarıblar. Bu qadının siyasi motivlərlə işdən çıxarılması məhkəmə qərarları ilə də görünür. Hesab edirəm ki, məhkəmə sistemində nizam-intizam yaradılmalıdır”, - deyə deputat bildirib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər