Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb.