3 Mart 2023 12:11
294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycana qayıdış məsələsinin məhz indiki zamanda qaldırılması Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıq kontekstini ehtiva edir və yerinə düşür.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləməsində çıxışı zamanı deyib.

Xələf Xələfov deyib ki, bu qayıdış uzun illərdən bəri tək Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın deyil, bütün Azərbaycan xalqının arzusu və milli hədəfidir:

“Bu məsələdə populizmə yol vermək olmaz, bu məsələyə milli və dövlət mövqeyindən yanaşmaq lazımdır. Qərbi Azərbaycan icmasının potensialı çox böyükdür. Bu potensial imkan verir ki, Prezidentin irəli sürdüyü Qayıdış Konsepsiyasını yerinə yetirək. Konsepsiya sənədi XİN-in BMT-dəki daimi nümayəndəliyi vasitəsilə BMT-də rəsmi sənəd kimi yayılıb. Sənəddə zorla öz yurdlarından qovulan vətəndaşlarımızın hüquqlarının bərpası öz əksini tapıb".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər