29 Aprel 2023 09:05
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstehlakçılar yay mövsümündə dondurma alarkən diqqətli olmalıdırlar. Bağırsaq çöpləri dondurmanın tərkibində çoxalanda mikrobioloji çirklənməyə gətirib çıxarır. Bu isə qida zəhərlənməsi ilə nəticələnə bilər.

Bunu Teleqraf.com-a açıqlamasında qida məsələləri üzrə ekspert Ağa Salamov deyib.

Ekspert qeyd edib ki, dondurma alarkən mütləq şəkildə etiketindəki son istifadə tarixinə baxılmalıdır: “Dondurmanın bağlamasına da diqqət edilməlidir ki, deformasiyaya uğramış olmasın. İşığın sönməsi, soyuducunun xarab olması kimi hər hansı bir texniki problemlərlə əlaqədar dondurma xarab ola bilər. Çünki əriyib yenidən dondurulan məhsul təhlükəlidir. Deformasiyaya uğramış məhsullardan uzaq durmaq lazımdır. Əgər istehlakçı dondurma aldıqdan sonra onun əzildiyinin şahidi olarsa və qoxu hiss edərsə, birbaşa Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qaynar xəttinə zəng edib məlumat verə bilər. Lakin qarşı tərəfdən reaksiya olub-olmayacağına inanmıram”.

Onun sözlərinə görə, mikro və makro zəhərlənmə var və dondurma yeyən insanda ürək bulanma, baş ağrısı, qızdırma halı yaşanırsa dərhal tibbi müdaxilə olmalıdır: “Almaniyada dondurmanı yeyib bu simptomlarla üzləşən insan analiz verir və ona nədən zəhərləndiyini açıqlayırlar. Zəhərlənmə halı dondurmadan olubsa, həmin şəxs şirkəti məhkəməyə verib təzminat ala bilir. Bu təəssüflər olsun ki, Azərbaycanda formalaşmayıb”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər