Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimov vəzifəsindən azad edilib.
Teleqraf.com Report-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
Bəhruz Əzimovun yerinə isə Cəlal Mehdiyev təyin olunub.
Cəlal Mehdiyev dünən kollektivə təqdim edilib.
Qeyd edək ki, Behruz Əzimov Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbovun qayınatasıdır. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.