8 İyul 2023 13:30
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sertifikasiya imtahanlarında iştirak edən 13 min 300 müəllimin 35 faizinin 30 bal toplaya bilməməsi yalnız orta deyil, eləcə də ali məktəblərdə təhsilin keyfiyyətinin artırılması baxımdan bir siqnaldır”.

Teleqraf.com xəbər verir ki,bunu Milli Məclisin üzvü Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, imtahanlarda iştirak edənlərin 35 faizi 50 faizdən az nəticə göstərib: "Eyni zamanda 223 müəllimin balı bir rəqəmli olub, yəni onlar hətta 10 bal belə toplaya bilməyiblər".

Vüqar Bayramov təklif edib ki, Elm və Təhsil Nazirliyi 10 balı toplaya bilməyənlər haqda məlumatları ictimaiyyətə təqdim etsin:

"Öncə onların neçənci illərdə və hansı universitetlərin məzunları olmaları açıqlansın. Bu, ali məktəblərdə pedoqoji fənlərin tədrisinin keyfiyyətinin qiymətləndirilməsinə əsas verə bilər. Yəni, əgər həmin müəllimlər ali məktəbləri yeni bitiriblərsə, o zaman ali təhslinin keyfiyyətinin də monitorinq edilməsinə ciddi ehtiyac yarana bilər.

Qeyd edim ki, Milli Məclisdə qəbul edilən dəyişikliklərə əsasən, sertifikasiyada iştirak müddəti pedoqoji fəaliyyətə başladıqdan ilk 5 ildən 3 ilə endirilir. Bu da yeni universitet məzunlarının aldıqları təhsilinin keyfiyyətini qiymətləndirməyə də imkan verə bilər.

Bütövlükdə sertifikasiya imtahanları yalnız orta deyil, eləcə də ali təhsildə islahatların dərinləşdirilməsi mesajlarını aydın şəkildə gündəmə gətirdi. Deməli, çağrışlar heç də orta təhsil sferası ilə tamamlanmır".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər