13 Yanvar 2015 12:29
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində “Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti” yaradılıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, bu münasibətlə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Naibə Mustafayeva cari ilin fevral ayından fəaliyyətə başlayacaq xidmətin yaranma zərurəti barədə çıxış edib, görüləcək işlərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, gənclərin ixtiyarına verilən toxuculuq, xalçaçılıq, rəssamlıq, kompüter, musiqi və s. kurslar ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə xidmətin yaradılması təşəbbüsü ilə bağlı fikirlərini bölüşərək, ilk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı ilə iqtisadi təlabatın üst-üstə düşmədiyini qeyd edib: “Buna görə də yeniyetmə və gənclərin peşə təhsilinə diqqətinin artırılması, regionlarda bu cür xidmətlərin yaradılması vacib amillərdəndir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər